EMG Konsaltinq

Biznes Konsaltinq

         Konsaltinq xidməti – öz biznesinin inkişafı ilə maraqlanan korporativ və fərdi müştərilərə göstərilən (bir qayda olaraq, ödənişli) xidmət növüdür. Bu xidmət əsasən: fərdi və korporativ sahibkarların iqtisadi, sərmayə, strateji planlaşdırma, ümumi fəaliyyəti, biznesin aparılması, bazarlarının araşdırılması və proqnozlaşdırılması, qiymətlər və. s kimi məsələləri araşdırır. Qısaca qeyd etsək, konsaltinq bu və ya digər problemin həllində, konsultantlar tərəfindən göstərilən ödənişli yardımdır.

         Bu xidmətin göstərilməsinin məqsədi, sahibkarın biznesinin keyfiyyətinin yaxşılaşdırılması, əməyin səmərəliyinin artırılması, müəssisənin maliyyə vəziyyətinin yaxşılaşdırılması və hər cür risklərin azaldılması üçün effektiv həllərin hazırlanmasından ibarətdir. Biznes konsaltinqin həll etməli olduğu problemlər sahəsi həddən artıq genişdir.

Konsaltinq

Mərhələlər